Filippin Prezidenti hökumətin bağladığı bütün müqavilələrin yoxlanmasını tapşırıb
Tokio, 2 aprel, AZƏRTAC
Filippin Prezidenti Rodriqo Duterte hökumətin bütün şirkətlər və ölkələrlə imzaladığı hər bir müqavilənin yoxlanması və bu sənədlərdən ölkə əhalisini çətin vəziyyətə salan maddələrin çıxarılması barədə göstəriş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rappler portalı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd edilir ki, Prezident R.Duterte bu barədə hökumətin aprelin 1-də keçirilən 36-cı iclası zamanı göstəriş verib.
Prezident nümayəndəsi Salvadora Panelonun sözlərini sitat gətirən portal yazır: “Prezident hökumətin bütün agentliklərinə hər bir müqaviləyə yenidən baxmaq və Filippin sakinlərinin həyatına ziyan vura biləcək maddələri onlardan çıxarmaq barədə göstəriş verib”.
Filippinin ədliyyə naziri Menardo Qevarranın bildirdiyinə görə, yerli şirkətləri çətinə salan dövlət müqavilələri də yoxlanacaq.
“Müqavilələrdə ictimai maraqlara və dövlət siyasətinə zidd olan maddələr ölkə qanunlarına uyğun olaraq qüvvədən düşmüş elan edilə bilər”, - deyə M.Qevarra əlavə edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]