“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib
Bakı, 20 aprel, AZƏRTAC
Loukoster “Flydubai” rekord leysan yağışları səbəbindən fəaliyyəti pozulan Beynəlxalq Dubay Hava Limanının ikinci və üçüncü terminallarından aviareyslərin normal rejimini bərpa edib.
AZƏRTAC aviaşirkətin saytına istinadla xəbər verir ki, reyslər cədvəlinin normallaşdırılmasına baxmayaraq, loukoster sərnişinlərə reyslərin tarixlərini rəsmi saytda yoxlamağı məsləhət görüb, bundan başqa, kontakt məlumatları “bronlamanın idarə edilməsi” bölməsində yeniləmək və hava limanına getməzdən əvvəl onlayn qeydiyyatdan keçmək tövsiyə edilir.
“Flydubai” aviaşirkəti Beynəlxalq Dubay Hava Limanının (DXB) ikinci və üçüncü terminallarından tam reyslər cədvəlinin yerinə yetirilməsinə qayıdıb. Yaxın günlərdə biz səyahət planları pozulmuş sərnişinlərə xüsusi diqqət yetirəcəyik”, -deyə məlumatda bildirilir.
Aviaşirkətdə reysləri ləğv edilmiş sərnişinlərə pulun qaytarılması və ya reysin təkrar bronlaması barədə məlumat verilib. Lakin biletləri turagent vasitəsilə əldə edənlər birbaşa ona müraciət etməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]