Fotoqraflar arasında kamandan oxatma yarışı keçirilib
Bakı, 20 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə fotoqraflar arasında kamandan oxatma yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı, Azərbaycan Fotoqrafiya Federasiyası və "Gilavar" Foto Klubu İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan yarışda kişilərin mübarizəsində Ruslan Əlizadə birinci olub. Cəlal Firudinov yarışı ikinci, Əliqulu Süleymanov isə üçüncü pillədə başa vurublar.
Qadınlar arasında Nərmin Qurbanova, Sevinc Aslanova, Zərrintac Vəlizadə fərqləniblər.