FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN ALDIĞI YENİ TƏYYARƏNİN VƏ KATERLƏRİN TƏQDİMATI OLMUŞDUR
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar mayın 9-da Bakı Dəniz Vağzalında respublika Fövqəladə Hallar Nazirliyinin aldığı və fövqəladə hallar zamanı istifadə edilən BE-200ÇS markalı yeni amfibiya təyyarəsinin və dörd ədəd sürətli patrul katerlərinin təqdimatı olmuşdur.
Almaniya istehsalı olan bu təyyarə hazırda dünyadakı ən müasir standartlara cavab verir. Əsasən yanğınsöndürmədə istifadə edilən təyyarə dənizdən birbaşa 12 ton sugötürmə qabiliyyətinə malikdir. Sahildən uzaq məsafədə yerləşən neft-qaz çıxarma obyektlərində hər hansı qəza baş verərsə, digər texnikalar hadisə yerinə çatana qədər qısa müddətdə alovu söndürməyə qadirdir. Təyyarədən meşə yanğınlarının söndürülməsində də istifadə olunacaqdır.
BE-200ÇS markalı təyyarə dünyada cəmi 5 ədəddir - dördü Rusiyada, biri isə Azərbaycandadır. Avropa İttifaqı ilə və bəzi dövlətlərlə imzalanmış müqavilələrə əsasən, yaxın və orta uzaqlıqda yerləşən ölkələrdə fövqəladə hallar zamanı Azərbaycan təyyarə, habelə 4 vertolyot, 300 xilasedici və yanğınsöndürənlə öz köməyini göstərə biləcəkdir.
Sank-Peterbuqdan alınmış sürətli katerlər patrul və xilasetmə işləri üçün nəzərdə tutulmuşdur. İnsan həyatı və digər məsələlərlə bağlı təhlükəli vəziyyətlərdə hadisə yerinə başqa gəmilərin 4 saatda getdiyi məsafəni bu katerlər 45 dəqiqəyə qət edə bilir.
Sonra Bakı buxtasında təyyarə və gəmilərin taktiki-texniki xüsusiyyətləri, dənizdən sugötürmə, neft və neft məhsulları saxlanılan çənlərdə, digər obyektlərdə yanğının söndürülməsi əməliyyatları, suda xilasetmə işlərində istifadə metodları, habelə zərərçəkənlərə və xəstələrə ilkin tibbi yardım göstərilməsi qaydaları nümayiş etdirildi.
Pilotlar, yanğınsöndürənlər, xilasedicilər sərnişin və yük gəmilərində, neft-qaz platformalarında baş verən yanğınların qarşısının alınması, insanların xilas olunması sahəsində bacarıqlarını göstərdilər.
Nazir Kəmaləddin Heydərov məlumat verərək dedi ki, Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin tapşırığı ilə nazirlik iki ildir öz maddi-texniki bazasını yaratmaqdadır. Azərbaycanın neft-qaz hasil edən ölkə olmasını, əsas yataqların dənizdə yerləşməsini, ümumiyyətlə, ölkə vətəndaşlarının tam təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsini nəzərə alaraq, dövlətimizin başçısı ən müasir xilasetmə, yanğınsöndürmə texnikası və avadanlığının alınması üçün tapşırıqlar vermiş, bunlarla bağlı mühüm sənədlər imzalamışdır. Hazırda bütün regional mərkəzlər üçün də texnika alınır, nazirliyin digər qurumlarının maddi-texniki bazası təkmilləşir. Qısa zamanda lazım olan bütün avadanlıq alınacaqdır.
Mərasimdə Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev və digər rəsmi şəxslər iştirak edirdilər.
######
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
- 11.06.2026 [23:01]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [22:51]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [22:23]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [22:14]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:36]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [20:50]
Albaniya Respublikasının Baş naziri Edi Ramadan
- 11.06.2026 [20:10]
Qambiya Respublikasının Prezidenti Adama Barroudan
- 11.06.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [20:00]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:58]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:48]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:31]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [19:24]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [19:21]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:08]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [19:00]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:58]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:53]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:52]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [18:43]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [18:39]
Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH
- 11.06.2026 [18:32]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [18:28]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:20]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:17]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [18:04]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:57]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:53]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:37]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:36]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [17:33]
Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH
- 11.06.2026 [17:30]
Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində
- 11.06.2026 [17:27]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [17:26]
Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?
- 11.06.2026 [17:24]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [17:13]
Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib
- 11.06.2026 [17:11]
Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi
- 11.06.2026 [17:07]
Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB
- 11.06.2026 [16:52]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:50]
® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- 11.06.2026 [16:46]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [16:37]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:33]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:30]


