Fransa BMT-nin fələstinli qaçqınlara dəstək agentliyinə maliyyə ayırmasını dayandırıb
Bakı, 28 yanvar, AZƏRTAC
Fransa BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə müvəqqəti olaraq maliyyələşdirməni dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Fransa 2024-cü ilin birinci yarısında heç bir əlavə ödəniş etməyi planlaşdırmır, vaxtı gələndə BMT və əsas donorlarla birlikdə yardımın şəffaflığı və təhlükəsizliyi ilə bağlı bütün tələblərin nəzərə alınmasını təmin edərək qərar verəcək”, - məlumatda deyilir. Xatırladıb ki, 2023-cü il üçün Paris agentliyə 60 milyon avro ayırmışdı.
Nazirlik vurğulayıb ki, BMT agentliyinin əməkdaşlarının HƏMAS-ın əməllərində iştirakı ilə bağlı səslənən məlumatları ciddi hesab edir.
Bundan əvvəl bəzi ölkələr, o cümlədən Böyük Britaniya, Kanada, ABŞ və Almaniya da təşkilatın HƏMAS-la əlaqələri olan bəzi əməkdaşlarına qarşı şübhələr fonunda Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyə maliyyənin dayandırıldığını açıqlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]