Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa Milli Assambleyasında “Kanaky - Yeni Kaledoniya üçün hansı gələcək?” mövzusunda kollokvium keçirilib VİDEO

Paris, 28 fevral, AZƏRTAC

Fransa Milli Assambleyasında demokratik və respublikaçı sol qrupun prezidenti Andre Şasen, Kanak kommunist, respublikaçı, vətəndaş və ekoloji qrupun prezidenti Sesil Çukierman Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin üzvü, senator Rober Zovi tərəfindən “Kanaky - Yeni Kaledoniya üçün hansı gələcək?” adlı kollokvium təşkil olunub. Kollokviumda Kanaky-Yeni Kaledoniyadan, eləcə də Bakı Təşəbbüs Qrupunun İstanbulda keçirdiyi konfransda iştirak etmiş kanak xalqının nümayəndələri də qatılıblar.

AZƏRTAC xəbər verir ki, tədbirdə bu gün kanak xalqını narahat edən məsələlər, Yeni Kaledoniyadakı siyasi vəziyyət, siyasi dalana çevrilmə ilə bağlı xəbərdarlıq, hüquqi fikir ayrılığına dair mövzular müzakirə olunub. Son illərdə kanak xalqı müstəqillik arzusunu reallaşdırmaqda daha qətiyyətli olduğunu göstərir. Fransa dövləti isə buna qarşı getdikcə daha çox gücə əl atır.

Kollokviumda çıxış edən Kaledoniya İttifaqı (UC) siyasi partiyasının vitse-prezidenti, Yeni Kaledoniya hökumətinin üzvü, xarici işlər, mədəniyyət və idman naziri Mikael Forrest adanın siyasi tarixinə nəzər salıb, lobbiçilikdən, eləcə də beynəlxalq səviyyədə atılan addımlardan danışıb. Bildirib ki, adanın müstəqilliyini və suverenliyini arzulayan qruplar müxtəlif platformalardan istifadə edirlər. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində yaradılan Bakı Təşəbbüs Qrupunu xüsusi qeyd edib, onun ötən dövrdəki fəaliyyətinə toxunub. Qrupun səyləri sayəsində BMT Baş Assambleyasında Fransa hökuməti ilə bağlı qeydləri xatırladan M.Forrest deyib: “Baş Assambleya rəsmi Parisi hüquq-mühafizə orqanları arasında irqçiliklə bağlı mövcud olan ciddi problemlərini araşdırmağa, dinc toplaşmaq hüququna hörmət bəsləməyə və onun təşviq olunmasına çağırışlar edib, lakin Fransa dövləti bu çağırışlara hələ də məhəl qoymur”. Nazir Fransanı yuxarıda sadalanan çağırışlara riayət etməyə və kiçik xalqların hüquqlarına hörmət göstərməyə çağırıb, eyni zamanda, Bakı Təşəbbüs Qrupu sayəsində adanın müstəqilliyi istiqamətində beynəlxalq aləmdə görülmüş işlərdən söz açıb.

Digər çıxış edənlər bildiriblər ki, kanak xalqı son günlər Yeni Kaledoniyanın müstəqilliyi, eləcə də ölkənin taleyində həlledici rol oynayan seçicilərin müəyyənləşdirilməsi (yəni, bu günə qədər Kanaky-Yeni Kaledoniyada ən azı 10 il sakin olanlara səsvermə hüququ verilirdisə, indi artıq 7 il sakin olanlar səs verə bilərlər) ilə bağlı seçkilərə, eləcə də bu ilin mayında keçiriləcək əyalət seçkilərinin təxirə salınmasına mane olmağa çalışır. Fransa hökumətinin məcburi qaydada həyata keçirmək istədiyi bu iki dəyişiklik kanak xalqını ayağa qaldırıb. Buna cavab olaraq, Fransa polisi xalqı susdurmaq üçün 5 fəalı saxlayıb. Bu isə onsuz da Fransa hökumətindən narazı olan kanakların səbir kasasını daşırıb. Beləliklə, kanak xalqının nümayəndələri, eləcə də Yeni Kaledoniyanın müstəqilliyinin tərəfdarları ölkədəki siyasi vəziyyətlə bağlı maarifləndirmə işlərini intensivləşdiriblər. Ona görə də onlar uzaq məsafə qət edərək ölkələrinin taleyi ilə bağlı çox önəmli olan bu kollokviuma qatılıblar.

Kollokviumda çıxış edənlər 1998-ci ildə Yeni Kaledoniyanın dekolonizasiyasını (müstəmləkəsizləşdirilməsini) möhürləyən və kanakların qanı bahasına başa gəlmiş Numea sazişindən, Fransa polisinin Uvea mağarasına qanlı hücumundan, həmçinin 1980-ci illərdə baş vermiş gərginlikdən söz açıblar. Onlar, eyni zamanda, iki əsgərin və başından güllələnərək qətlə yetirilmiş 19 kanakın ölümü ilə nəticələnmiş “Viktor” əməliyyatını xatırladıblar. Həmin vaxt ədalətsizliyə, zülmə, Fransa müstəmləkəçiliyinə qarşı üsyana qalxmış kanak fəallarının qətlə yetirildiyini, yaralandığını və həbs olunduğunu qeyd ediblər.

Bildirilib ki, 1988-ci ilin noyabrında keçirilmiş referendum zamanı fransızlar tərəfindən ratifikasiya edilmiş müqavilələrlə Yeni Kaledoniyanın şimal, cənub və Luayot adası olaraq üç əyalətə bölünüb və adanın qarşıdan gələn 10 il ərazində öz müqəddəratını təyin etməsi nəzərdə tutulub. Referenduma fransızların cəmi 37 faizinin getməsinə baxmayaraq, saziş 80 faiz səslə qəbul olunub. Cənub əyalətinin sakinlərinin 57 faizi Matinyon sazişinə yox deyib. Ancaq10 ildən sonra bu müddət daha 20 il uzadılıb və bu gün kanak xalqının həmin sazişlərlə yaranmış ümidinə iki qanun dəyişikliyi ilə son qoymaq cəhdi müşahidə olunur.

Lakin Matinyon və Numea sazişlərindən sonra kanak xalqı suverenliyinin tezliklə təmin olunacağına ümid etsə də, 36 ildir bu ümid proses hər dəfə təxirə salınaraq uzadılır. Diqqətə çatdırılıb ki, sonuncu - 2021-ci il referendumu Fransa dövlətinin kanak mədəniyyətinin fundamental dəyərlərinə hörmətsizliyi və tarixi uğursuzluqdur.

Vurğulanıb ki, bu gün onlar kanak xalqını dinləməyə, anlamağa vaxt ayırmayan, sadəcə olaraq, müstəqillik layihəsini Kaledoniya siyasi xəritəsindən silmək istəyən və Sakit okean regionundakı ambisiyaları üçün yalnız özünün “böyüklüyünü” qoruyub saxlamağa çalışan Fransa hökuməti ilə üzləşiblər. Bu gün Fransa dövlətinin Yeni Kaledoniyanın respublika daxilində tam inteqrasiyası layihəsini həyata keçirməyə çalışdığı bildirilib.

Qeyd edilib ki, bu il fevralın 13-də Senatın hüquq komissiyasında konstitusiya qanunları layihəsi ilə bağlı dinləmə zamanı daxili işlər və dənizaşırı ərazilər nazirinin seçkilərin təxirə salınmasına razılıq verən və FLNKS siyasi partiyasının məsul şəxslərin imzaladıqları bir sənədə sahib olduğunu deməsi tamamilə yalandır. Bu sənədi hələ heç kim görməyib.

Fevralın 21-də Numeada, 23-də isə Kone, Mare və Uveada keçirilmiş nümayişlərin yerli kanak xalqının bu son iki dəyişikliyə razı olmadığını əks etdirdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu gün Makron hökumətinin barışmazlığı və zorakı addımları tərəflərin hər birində müharibənin qızışdırılmasına səbəb olur. Onlar yaranan bu qığılcımı söndürmək, danışıqlara və konsensusa imkan vermək üçün Fransa tərəfindən müdrik yanaşma göstəriləcəyinə ümid etdiklərini deyiblər. Kanak xalqı əsas qanunda dəyişiklik edilməsinin əleyhinədir. Onlar müstəqillik tələbində qəti olduqlarını bəyan ediblər.

Kollokvium işini sual-cavab sessiyası ilə davam etdirib.

Fransa Milli Assambleyasında “Kanaky - Yeni Kaledoniya üçün hansı gələcək?” mövzusunda kollokvium keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb

Azərbaycan nefti 118,22 dollara satılır

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib