Fransada fermerlərin etirazları davam edir
Paris, 28 yanvar, AZƏRTAC
Fransanın Baş naziri Qabriel Attalın hökumətin güzəştləri ilə bağlı çıxışı ölkədə etiraz edən fermerlərin qəzəbini soyutmayıb.
AZƏRTAC xəbər verir ki, Fransa hökumətinin vəziyyəti sakitləşdirmək cəhdləri nəticə verməyib və fermerlər etiraz nümayişlərini davam edərək, ölkənin əsas aparıcı yollarını blokadaya alıblar. Ölkədə vəziyyət son dərəcə gərginləşib.
Fransanın əsas fermerlər birliyi olan Fermer Həmkarlar İttifaqlarının Milli Federasiyası (FNSEA) hökumətin reaksiyasından məyus olduqlarını açıq şəkildə ifadə edib. Federasiyanın prezidenti Arno Russo isə TF1 telekanalında çıxışı zamanı hökumətin elan etdiyi tədbirlərin qeyri-kafi olduğunu bildirərək, fermerləri etirazları davam etdirməyə çağırıb.
Nümayişlərin nəticəsində əsas magistral yollar bloklanıb və nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb.
Fermerlər bu gün gecə paytaxt Parisi blokadaya alacaqları ilə təhdid edirlər. Fermerlər Parisə daxil olan bütün ərzaq avtomobillərinin qarşısını kəsəcəklərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]