Fransada həmkarlar ittifaqları sosial hərəkatı daha da gücləndirmək üçün nümayiş ediblər
Paris, 20 mart, AZƏRTAC
Fransada keçirilən peşələrarası həmkarlar ittifaqlarının təşkil etdiyi nümayişdə Daxili İşlər Nazirliyinin hesablamasına görə 131 min, təşkilatçıların hesablamasına görə isə 350 min insan iştirak edib.
Ümumi Əmək Konfederasiyası Həmkarlar İttifaqı (CGT), Fəhlə Həmkarları (FO), Həmrəylik Həmkarlar İttifaqı (Solidaires), Müəllimlərin Unitar Həmkarlar Federasiyası (FSU), Fransa Tələbələr Milli Birliyi (UNEF), Milli Lisey Birliyi Həmkarları Təşkilatları ölkədəki sosial hərəkatı daha da gücləndirmək, “sarı jiletlər” və milli debatda onların da nəzərə alınması üçün çağırış ediblər.
Parisdə həmkarlar ittifaqlarının 17 500 üzvü nümayiş edib.
Həmkarların üzvləri məvacibin, təqaüdün və minimum sosial ödənişin artırılmasını, gender bərabərliyini və əsl təhsil hüququ tələb edirdilər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris