Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransada yaşayan soydaşlarımız Milli Assambleyaya etiraz məktubu ünvanlayıblar

Fransada yaşayan soydaşlarımız Milli Assambleyaya etiraz məktubu ünvanlayıblar

Paris, 24 noyabr, AZƏRTAC

Fransada yaşayan Azərbaycan əsilli fransızlar bu ölkənin Milli Assambleyasına etiraz məktubu ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, onlar Milli Assambleyanın noyabrın 28-də müzakirəyə çıxaracağı, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesinə xidmət etməyən və regionda sülhün bərqərar olmasına kölgə salan 388 saylı qətnamə layihəsini hüquqi və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edərək, fransız deputatlara məktub vasitəsilə qəti etirazlarını bildiriblər. Onlar həmin qətnamə layihəsinin müəlliflərinin qərəzli yanaşmasını sərt şəkildə qınayıblar.

Bildiriliblər ki, fransız deputatların bu addımı bu ölkədə uzun illərdir yaşayan və fransız cəmiyyətinə inteqrasiya etmiş, həmçinin Fransanı özünə yaxın bilən hər bir Azərbaycan əsilli fransız üçün ağır mənəvi zərbədir. Bu layihə fransızların tarixən mövcud olmuş “azadlıq, bərabərlik, qardaşlıq” ideyasına və normal siyasi məntiqə tamamilə ziddir. Dünyaya insan azadlığı, demokratiya və hüquq bərabərliyi ilə bağlı nümunə olmağa çalışan bir ölkənin Milli Assambleyasının beynəlxalq hüququn ümumqəbul edilmiş norma və prinsiplərini və mənəvi qaydaları kobud şəkildə pozaraq belə bir sənədi müzakirəyə çıxarması siyasi cəhətdən yanlış addım olmaqla yanaşı, həm də böyük ədalətsizlik hesab edirlər.

“Azadlığı, suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycana qarşı bu haqsızlıq bütövlükdə demokratiyaya qarşı ədalətsizlik kimi qəbul edilməlidir. Bu, həm beynəlxalq hüquqa, həm də sadə məntiqə ziddir”, - deyə məktubda bildirilib.

Qeyd olunub ki, Milli Assambleyaya təqdim olunmuş bu qətnamə layihəsi ilə multikulturalizm dəyərləri ilə yaşayan bir ölkədən - Azərbaycandan üz döndərərək, totalitar, monoetnik bir dövlətə - işğalçı Ermənistana dəstək göstərilmiş olurlar.

Fransadakı soydaşlarımızın Milli Assambleyaya ünvanladıqları məktubda 30 illik erməni işğalı dönəmində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə həmvətənimizin ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yummasına təəssüflənərək, illərdir yaşayıb uğurla fəaliyyət göstərdikləri ölkə tərəfindən belə qərəzli yanaşmanın təkrarlanmasına təəssüfləndiklərini bildiriblər.

“Vətənimiz Azərbaycan təkcə erməni işğalçılarına qarşı 2020-ci ildə Vətən müharibəsi günlərində apardığı haqq savaşında deyil, eyni zamanda, Birinci Qarabağ müharibəsində (1991-1994-cü illər) də Fransa dövləti və hökumətinin qərəzli münasibəti və ədalətsizliyi ilə üzləşib. Həmçinin bir neçə gün əvvəl parlamentin yuxarı palatası olan Senat tərəfindən də müvafiq qətnamənin qəbul edilməsi Fransanın ədalət anlayışının nə qədər “ədalətli” olduğunu bir daha sübut edir.

Əvvəlcə Senat tərəfindən qəbul edilmiş, indi də parlamentin aşağı palatasının müzakirəyə çıxarmağa hazırlaşdığı belə bir layihədə heç bir hüquqa və ədalətə sığmayan şərtlər irəli sürülərək Azərbaycanın ittiham edilməsi, tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir”, - deyə fransız parlamentarilərinin qərəzli mövqeyinə etiraz bildirilib. Diqqətə çatdırılıb ki, təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun Vətənimizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa bununla beynəlxalq hüququn prinsiplərini növbəti dəfə kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir.

Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanan məlum qətnamə layihəsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata iki ildir əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terrorçu və təxribatçı siyasəti aparan Ermənistanı mənfur əməllərini davam etdirməyə, Ermənistandakı revanşist qüvvələri qızışdırmağa sövq edəcək və qarşıdurma meyillərini gücləndirərək, bölgədə sülh, sabitlik və tərəqqiyə mane olacaq.

Vurğulanıb ki, Azərbaycan Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” Proqramının üzvüdür. Milli Assambleyanın bu layihəsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ciddi təhdid, yeni işğalçılıq fəaliyyəti və müharibə üçün rəy formalaşdırmaq üçün təxribat cəhdidir. Assambleya nəzərə almalıdır ki, Fransanın bu addımı regionda sülhün bərqərar olması, etimad mühitinin formalaşdırılması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması məqsədilə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüşlərin nəticəsinə etimadsızlıq yaradır və Aİ Şurasına fəaliyyətinə ziddir. Fransa bununla üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməkdən yayınaraq, belə məsələlərdə Avropa İttifaqının istənilən qurumunun vasitəçiliyinə kölgə salır ki, bu da onun gələcəkdə Aİ-nin perspektivinə problem yaratmağa, qurumu etibarsız təşkilata çevirməyə xidmət etməkdən başqa bir şey deyil.

Fransa azərbaycanlıları bir daha bəyan edirlər ki, Fransa Milli Assambleyası onun adına rüsvayçılıq olan bu qətnamə layihəsinin qəbul edilməsindən imtina edərək, tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsinə təkan verməməlidir. Hüququn, ədalətin də tələbi hər kəs üçün aydındır və hamı kimi, Fransa da bu tələbə hörmətlə yanaşmalıdır.

Fransada yaşayan soydaşlarımız məktubda Milli Assambleyanın üzvlərini Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinə dəvət edərək, erməni vandalizminin şahidi olmağa və bundan sonra “ədalətli yanaşma” prinsipini bir daha nəzərdən keçirməyə çağırıblar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb