Fransanın sabiq Baş naziri yenidən məhkəmədə dindiriləcək
Paris, 12 mart, AZƏRTAC
Fransanın keçmiş Baş naziri, mərkəzçi siyasətçi Fransua Bayru “MoDem” Partiyasının Avropa Parlamentindəki təmsilçiləri ilə bağlı iş üzrə sentyabrın 9-dan oktyabrın 5-dək Paris Apellyasiya Məhkəməsində dindiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məhkəmədən məlumat verilib.
Bildirilib ki, apellyasiya prosesində ümumilikdə 13 təqsirləndirilən şəxsin ifadəsi alınacaq.
Qeyd edək ki, sabiq Baş nazir 2024-cü ilin fevralında birinci instansiya məhkəməsi tərəfindən bəraət almış 3 nəfərdən biridir. İstintaqa görə, təqsirləndirilən şəxslər Avropa Parlamenti deputatlarının köməkçiləri üçün nəzərdə tutulmuş vəsaitdən partiya üçün işlədiyi iddia olunan “saxta sistem” üçün istifadə ediblər. Birinci instansiya məhkəməsi dövlət vəsaitlərinin mənimsənilməsi faktının mövcud olduğunu bildirsə də, bu işdə Fransua Bayru ilə bağlı sübutun olmadığını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [16:07]
İraqda xlor qazının sızması nəticəsində 52 məktəbli qız zəhərlənib
- 03.11.2026 [15:19]
Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək
- 03.11.2026 [14:51]
Misir üç ölkənin vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirib
- 03.11.2026 [14:40]