Futbol üzrə Braziliya yığması yeni rekord müəyyənləşdirib
Bakı, 10 sentyabr, AZƏRTAC
Futbol üzrə Braziliya yığması Cənubi Amerikada yeni rekord müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, komanda dünya çempionatının seçmə mərhələsi çərçivəsində ardıcıl qazanılan qələbələrin sayına görə bu nailiyyətə sahib olub. Sentyabrın 10-da Braziliya yığması mundialın seçmə mərhələsi çərçivəsində Perunu 2:0 hesabı ilə məğlub edib. Bu, yığma komandanın qazandığı ardıcıl doqquzuncu qələbədir.
Daha əvvəlki rekord da Braziliya yığmasına məxsus olub. Belə ki, komanda 2016-cı ilin sentyabrından 2017-ci ilin avqustunadək keçirdiyi seçmə mərhələ oyunlarında meydandan qalib ayrılıb.
Qeyd edək ki, 8 oyundan sonra aktivində 24 xal olan Braziliya turnir cədvəlində birinci pillədə qərarlaşıb. Braziliya seçməsi növbəti oyununu oktyabrın 7-də səfərdə Venesuelaya qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]