Futbol üzrə Türkiyə Kubokunun sonuncu yarımfinalçısı da müəyyənləşib
Bakı, 1 mart, AZƏRTAC
Futbol üzrə Türkiyə Kubokunun dörddəbir final mərhələsinin sonuncu yarımfinalçısı da müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Kubokunun sonuncu qalibi “Akhisar Bələdiyəspor” komandası cavab qarşılaşmasında səfərdə “Kasımpaşa”nı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. “Rəcəb Tayib Ərdoğan” stadionunda keçirilən görüşün 18-ci dəqiqəsində “Akhisar Bələdiyəspor”un hücumçusu Helder Barbosa hesabı açıb - 1:0. Meydan sahibləri 37-ci dəqiqədə Benqali Fode Koitanın vurduğu qolla hesabı bərabərləşdiriblər - 1:1. Matçın 84-cü dəqiqəsində Sergino “Akhisar Bələdiyəspor”un qələbə qolunu vurub - 2:1.
İlk oyunda da qalib gələn (3:1) “Akhisar Bələdiyəspor” klubu “Qalatasaray”, “Yeni Malatyaspor” və “Ümraniyəspor”dan sonra yarımfinala yüksəlib. “Akhisar Bələdiyəspor” yarımfinalda “Ümraniyəspor”la qarşılaşacaq. “Qalatasaray” isə “Yeni Malatyaspor” komandası ilə üz-üzə gələcək.
Ziraat Türkiyə Kubokunun yarımfinal mərhələsinin görüşləri aprelin 2-də, 3-də və ya 4-də, cavab görüşləri isə həmin ayın 23-də, 24-də və ya 25-də oynanılacaq. Final matçı isə mayın 16-da Sivasda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]