Futzal üzrə Azərbaycan millisi Avropa çempionatlarında 25-ci qələbəsini qazanıb
Bakı, 3 fevral, AZƏRTAC
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatlarında 25-ci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, seçmə və final mərhələlərində ümumilikdə 53-cü matçına çıxan yığmamızın yubiley uğuru Yunanıstanla görüşə təsadüf edib. Bu, Avropa çempionatının seçmə mərhələsinin ikinci turunda qeydə alınıb. Afinadakı qarşılaşmayadək 24 dəfə qalib gələn millimiz səfərdə 3:0 hesablı qələbə qazanıb.
Komandamız digər matçlarda 9 heç-heçə edib və 19 dəfə uduzub.
Avropa səhnəsinə 1995-ci ildə çıxan yığmamız ilk qələbəsini 26 il öncə qazanıb. Həmin vaxt oktyabrın 23-də Polşa ilə üz-üzə gələn komandamız rəqibini 6:4 hesabı ilə məğlub edib.
Yığmamız bu görüşlərdə 185 qol vurub və 170-ni buraxıb.
Qeyd edək ki, millimiz seçmə mərhələdə Slovakiyanı 4:1, Yunanıstanı 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq 3-cü qrupun vahid lideridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
- 05.10.2026 [01:16]
Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb
- 04.10.2026 [21:23]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]