Füzulidə “Güclü Lİder-Qalib Xalq” adlı tədbirdə ölkəmizin uğurlarından danışılıb
Füzuli, 16 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Ölkə başçısı İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü münasibətilə Füzuli rayonunda “Güclü lider-Qalib xalq” adlı dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, qazilər və gənclər iştirak etdilər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilub.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, ölkəmizin son 20 ildə əldə etdiyi uğurlardan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərdən, antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyinin bərpa edilməsindən söz açıb. Ulu Öndər Heydər Əliyev siyasətinin xalqımızı milli birliyə və Qələbəyə qovuşdurduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin yeni diplomatik uğurlara imza atılıb. Ölkə rəhbəri İlham Əliyevin Prezident seçilməsinin Azərbaycan tarixinin mühüm əhəmiyyətli hadisəsi olduğu bir daha vurğulanıb, və qazanılan uğurlar, Azərbaycana olan müsbət maraqların artması barədə danışılıb.
Sonda Bakı Media Mərkəzinin hazırladığı “İlham” sənədli film nümayiş olunub.