Gədəbəydə koronavirus xəstələri ilə profilaktiki söhbət aparılıb
Bakı, 7 aprel, AZƏRTAC
Gədəbəydə koronavirus xəstələri ilə profilaktiki görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, ev şəraitində müalicə alan rayon sakinlərini ziyarət edib.
Xüsusi geyimli və tibbi qaydalara riayət edən polis əməkdaşları ziyarət zamanı vətəndaşlarla profilaktiki söhbətlər aparıb, onlara sağalana qədər yaşayış yerlərini tərk etməmələri bildirilib.
Hər hansı bir sosial və digər məsələlərlə bağlı Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə və ya Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edə biləcəkləri vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]