Gələn həftə üçün Şərq ulduz falı (19-25 noyabr)
OĞLAQLAR elə bir səy göstərmədən, çox rahat şəkildə peşəkarlıq zəmində sanballı uğurlar qazana bilərlər. Ancaq yaxanızı işdən kənara çəkməyə çalışmayın. Doğrudur, elə bir qazanc əldə etməyəcəksiniz, amma rəhbərliyin gözündə reytinqiniz bir xeyli yüksələcəkdir.
DOLÇALARA vacib iş tapşırılacaqdır. Onun öhdəsindən yüksək təriflərə layiq şəkildə gələcəksiniz. Maliyyə durumunuz əvvəlkitək sabit və möhkəmdir. Bir az istirahətə ehtiyacınız var. Sonra yeni qüvvə ilə işə başlaya bilərsiniz. Bütövlükdə karyera və təcrübə toplamaq baxımından uğurlu bir həftə olacaqdır.
Bu həftə BALIQLARA ilin sonunadək olan dövr üçün işlə bağlı mühüm qərarlar qəbul etməyi diktə edəcəkdir. Bu çox çətin məsələdə səhvə yol verməmək üçün bacarıq və imkanlarınızı real qiymətləndirməli, özünüzə qarşı tələbkar olmalı, hədəfi sərrast nişan almalısınız.
QOÇLAR plan və niyyətlərini həyata keçirmək üçün onları gizli saxlamalıdırlar. Günü-günə satdığınız, macal tapıb görə bilmədiyiniz işləri sahmana salmaq üçün əlverişli həftədir. Bu günlər rifahınızı yüksəltmək üçün yaxşı imkanlarınız olacaqdır. Fürsəti əldən qaçırmayın.
BUĞALAR problemsiz yaşamaq istəyirlərsə burunlarını, başqalarının işinə soxmamalıdırlar. Bu həftə, çox güman, sizdən kömək istəyəcəklər. Sizin üçün su içim qədər asan iş olsa belə, əsla razılaşmayın. “Mən ölüm, sən öləsən”lə işlər getməz. Qətiyyətlə “yox” deməyi bacarmalısınız. Yoxsa, yanan da siz olacaqsınız, yaman da.
ƏKİZLƏRİN vəzifələri artırılacaqdır. İşdə strategiya dəyişikliyi tələb edən mühüm hadisələr gözlənilsə də, məqsədə çatmaq əzminizi qıra bilməyəcəkdir. Hadisələrin uğurlu gedişatı sayəsində bir çox niyyətləriniz gerçəkləşəcək, gücünüzə inamınız artacaqdır.
XƏRÇƏNGLƏR biznes məsələlərinin həllini son dəqiqəyə saxlamamalıdırlar, çünki bütün planlarınızı risk altına qoyan vəziyyət yarana bilər. Yaxınlarınızla mehriban davranıb aranızdakı narazılıqlara son verməlisiniz ki, gününüz göy əskiyə bükülməsin. Axı, küsüşdükdən sonra barışmaq çox çətin olur.
ŞİRLƏR bütün güc və qüvvələrini karyera məsələlərinə yönəltməlidirlər. Bu günlər xidməti pillələrlə qalxmağınıza rəvac verir. Lakin yeni vəzifənizin öhdəsindən gəlib-gəlməyəcəyiniz bütünlüklə özünüzdən asılı olacaqdır. Bədxərc olmağınıza baxmayaraq, maliyyə durumunuz sabitdir.
QIZLAR peşəkarlıq fəaliyyətində və biznesdə sanballı uğurlar qazanacaqlar. Bunun üçün həftə ərzində lazımlı adamlarla görüş və danışıqlar planlaşdırıb, arzu və istəklərinizi onlarla razılaşdırmalısınız ki, ehtiyacınız olan dəstək və yardımdan məhrum olmayasınız. İşgüzar planlarınız üçün yaxşı imkanlar yaranacaqdır.
TƏRƏZİLƏRİN də şans qapıları taybatay açılacaqdır. Cazibədarlığınız, insanlarla dil tapmaq bacarığınız sayəsində dəfələrlə diqqət mərkəzində olacaqsınız. Bu cür ünsiyyət sizin üçün faydalıdır. Maraqlı çox şey öyrənəcək, mühüm məlumat alacaqsınız.
ƏQRƏBLƏR bu həftə işlərinin öhdəsindən asanlıqla gələcək, bütün ideyalarını həyata keçirəcəklər. Məqsədə çatmaq üçün qətiyyətli olmalı, lakin maliyyə öhdəliklərindən qaçmalısınız. Məsələləri həll edərkən nəzakətlə və təmkinlə davranmalısınız ki, ağır və mübahisəli vəziyyətlərdən alnıaçıq-üzüağ çıxa biləsiniz.
OXATANLARIN həyatında böyük imkanları nəzərdə tutan qızıl dövr başlayır. İşdəki vəziyyət ürəyinizə yağ kimi yayılacaqdır. Əliniz böyüklərin ətəyində olacaqdır. Son ayların gərgin zəhməti nəhayət qiymətləndiriləcək, peşəkarlıq səviyyənizin yüksəldilməsinə, xidməti vəzifənizin artırılmasına rəvac verəcəkdir. Amma sonradan “bir könül sındırmışam” deyib başınıza döyməmək üçün bu günlər sevdiyiniz insana qarşı çox diqqətli olmalısınız.