“Gəmi əczaxanasındakı dərmanlar və istifadə qaydaları” kitabı nəşr edilib
Bakı, 5 may, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə “Gəmi əczaxanasındakı dərmanlar və istifadə qaydaları” kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitab Ümumdünya Səhiyyə Təşkilatının “Gəmi Tibbi üzrə Beynəlxalq rəhbər prinsipləri”nin üçüncü nəşrinin “Gəmi əczaxanasında olması tövsiyə edilən dərmanlar” fəslinin əsasında yazılıb.
Nəşrdə təqdim edilən tövsiyələrdə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Şurası və Ümumdünya Səhiyyə Assambleyası dənizçilərin səhhətlərinin yaxşılaşdırılması ilə əlaqədar qəbul etdiyi qətnamə və sənədləri əsas götürülüb.
Kitabın layihə rəhbəri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı, həkim Adıgözəl Məmmədovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]