Gənc boksçulardan ibarət millimiz Avropanın dördüncüsüdür
Bakı, 30 oktyabr, AZƏRTAC
Antalyada keçirilən gənc boksçular arasında Avropa birinciliyi başa çatıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, 8 gün davam edən yarışın yekununa əsasən medal qazanan ölkələrin siyahısı açıqlanıb.
Mundialda tam heyətlə təmsil olunan yığmamız 4 medala yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komandamız medalların həm əyarına, həm də sayına görə Avropa birinciliyini 4-cü pillədə başa vurub.
Ümumilikdə, 15 ölkə Antalyada medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.
Siyahıda birinci yeri Rusiya yığması tutub. Şimal qonşularımız 5 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. İkinci pilləyə isə ev sahibi Türkiyə və boks ənənəsi ilə fərqlənən Ukrayna şərik olub. Hər 2 komanda 1 qızıl, 2 gümüş və 2 bürünc medala yiyələnib. Millimiz 33 ölkə arasında ümumi sıralamada 4-cü yeri tutub.
Qeyd edək ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) qızıl, Amin Kuşkov (75 kq) gümüş və Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) bürünc medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [23:21]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:02]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [21:40]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [20:43]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [18:37]
Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib
- 14.06.2026 [18:27]
“Gimnastika hamı üçün” festivalı başa çatıb
- 14.06.2026 [18:21]
Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır
- 14.06.2026 [12:04]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar
- 14.06.2026 [09:58]
Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]