Gənc ekoloqlar üçün “Yaşıl enerji” düşərgəsi təşkil olunacaqdır
Bakı, 17 mart (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və “Təmiz Şəhər” ASC martın 22-dən 25-dək Qobustan Eksperimental Poliqonunda gənc ekoloqlar üçün “Yaşıl enerji” düşərgəsi təşkil edəcəklər.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış İDEA (İnternational Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası çərçivəsində həyata keçirilir.
Dörd gün davam edəcək düşərgənin təşkilinin məqsədi ixtisaslaşmaqda olan gənc ekoloqların mövcud ekoloji problemlər haqqında rəyini öyrənməkdən, təcrübədə onların fəaliyyət mexanizmini müəyyən etməkdən və alternativ enerji sahəsində kadr hazırlığına stimul verməkdən ibarətdir.
Düşərgədə gənclər ekologiyanın mütəxəssisləri ilə görüşəcək, alternativ enerji, bərpa olunan enerji mənbələri, enerjinin səmərəli istifadəsi mövzularında müxtəlif istiqamətli təlimlərə qatılacaqlar. Bundan əlavə, düşərgə iştirakçılarını maraqlı ekoloji oyunlar və gəzintilər gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]