Gənc müəllimlər üçün seminar: “İngilis dili öyrənməyin müasir metodları”
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın təşkilatçılığı ilə Gənc Müəllimlər Məktəbinin 4-cü seminarı uğurla başa çatıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Orxan Həsənov tərəfindən keçirilən seminar “İngilis dili öyrənməyin müasir metodları” mövzusunda olub.
Təlimçi ingilis dili öyrənməyin əhəmiyyəti, eyni zamanda, bu dili daha asan və yaddaqalan etməyin üsullarından danışıb. O, dil öyrənərkən doğru bildiyimiz yanlışlar haqqında mühüm tövsiyələrini seminar iştirakçıları ilə bölüşüb. Təlimin sonunda mövzu ilə bağlı çoxsaylı suallar ünvanlayan iştirakçılar O.Həsənovun moderatorluğu ilə yenidən belə bir seminarın təşkil olunmasını arzulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]