Gənc velosipedçilərimiz İranda keçirilən “Kerman Turu”na uğurla başlayıblar
Bakı, 2 mart, AZƏRTAC
Ölkəmizin şose velosipedi üzrə gənc oğlanlardan ibarət yığma komandası İranda keçirilən “Kerman Turu”na uğurla başlayıb.
AZƏRTAC xəbər verir ki, heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarət millimiz birinci mərhələdə komanda ötüşməsində yarışıb.
44 kilometr məsafəni 57 dəqiqə, 18 saniyəyə başa vuran velosipedçilərimiz bu göstərici ilə ikinci olublar.
Dördgünlük yarışda İran, İraq, Oman, İordaniya, Pakistan, Azərbaycan və Əfqanıstandan olan 13 komanda çıxış edir.
Növbəti 3 gün ərzində iştirakçılar müvafiq olaraq 98, 58 və 114 kilometr məsafələrə qrup ötüşməsində mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]