Gənc velosipedçilərimiz İranda yarışacaqlar
Bakı, 1 mart, AZƏRTAC
Ölkəmizin gənc oğlanlardan ibarət şose velosipedi üzrə yığma komandası ilin ilk beynəlxalq yarışında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarət komandamız İranın Kerman şəhərində keçiriləcək “Kerman Turu”nda mübarizə aparacaq.
Martın 2-də start götürəcək 4 günlük yarışda, həmçinin İraq, Oman, İordaniya, Pakistan və Əfqanıstan velosipedçiləri də iştirak edəcəklər. Bundan başqa, ev sahibi İran “Kerman Turu”nda 4 komanda ilə təmsil olunacaq.
İştirakçılar martın 2-də keçiriləcək birinci mərhələdə 44 kilometr məsafəyə komanda ötüşməsində mübarizə aparacaqlar. Növbəti üç gün ərzində isə müvafiq olaraq 98, 58 və 114 kilometr məsafələrə qrup ötüşməsi keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]