“Gəncə” Elektrik Şəbəkəsi Müəssisəsində cari və əsaslı təmir işləri uğurla başa çatdırılmışdır
Bakı, 19 noyabr (AZƏRTAC). Qış fəslində Gəncə Regional Elektrik Şəbəkəsində enerji təsərrüfatının dayanıqlığını daha keyfiyyətlə təmin etmək məqsədi ilə aparılan təmir-bərpa işləri uğurla başa çatdırılmışdır.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin 10 ayı ərzində müəssisədə 6-10 kilovoltluq elektrik hava xətlərində aparılan yenidənqurma və əsaslı təmir işləri zamanı xətlərin 54 kilometrdən (km) artıq hissəsi yeraltı kabel xətti ilə əvəz olunmuşdur. Eyni zamanda sözügedən xətlərin 2 kilometrə yaxın hissəsi təmir edilmişdir. 1530-a yaxın smart-katr tipli sayğac quraşdırılmışdır. Eyni zamanda burada 24 kilometrə yaxın 0,4 kilovoltluq SİP kabel çəkilmiş, 960-a yaxın elektrik dayağı basdırılmışdır.
Cari ilin 10 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 50-dən artıq qayda pozuntusu faktı aşkar edilərək 551,4 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 33,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]