Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi il ərzində fərqlənən atletləri mükafatlandırıb
Bakı, 2 avqust, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin yaranmasının 25 illiyi münasibətilə Gəncə Gənclər Evinin qarşısında əyləncəli proqram keçirilib.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, proqramda Baş İdarə tərəfindən gənclər və idmançılar mükafatlandırılıb, əyləncəli viktorinalar təşkil edilib, hədiyyələr təqdim olunub.