Gəncədə baş verən yanğının təfərrüatları məlum olub YENİLƏNİB VİDEO
Gəncə, 29 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə yaşayış evində baş verən yanğın söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər sakini 1962-ci il təvəllüdlü Valiya Rzayevaya məxsus ümumi sahəsi 54 kvadratmetr olan 2 otaq bir mətbəxdən ibarət olan evdə yanğın olub. Evin 10 kvadratmetri yanıb.
Yanğın yağınsöndürənlər tərəfindən söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub. Bundan başqa qonşuluqda yerləşən 120 kvadratmetr olan evə yanğının keçməsinin qarşısı alınıb.
20:10
Gəncədə yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb. Dərhal əraziyə FHN-in əməkdaşları cəlb olunub.