Gəncədə restoranda toy mərasimi keçirənlər cərimələndi
Bakı, 6 aprel, AZƏRTAC
Gəncə şəhər sakini O.Qasımova məxsus restoranda M.Mərdanovun özünə toy mərasimi keçirməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Aşıqlı kəndi ərazisində Gəncə şəhər sakini O.Qasımova məxsus restoranda rayon sakini M.Mərdanovun özünə toy mərasimi keçirməsi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən restoranın sahibi O.Qasımov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq 4000 manat məbləğində cərimə edilib, M.Mərdanov və qonaqları olan 29 nəfər barəsində protokol tərtib olunaraq, hər biri 200 manat məbləğində cərimə ediliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]