Gəncədə “Shuttle Time” proqramı icra olunub
Bakı, 28 fevral, AZƏRTAC
Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə “Shuttle Time Azerbaijan” proqramı icra olunub.
Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a bildiriblər ki, proqram Gəncədə keçirilib.
Proqramda Gəncədən olan 80 məktəbli iştirak edib.
Onlar maraqlı oyunlarla həm əyləncəli zaman keçirib, həm də badmintonla yaxından tanış olublar.