GƏNCLƏR, İDMAN VƏ TURİZİM NAZİRLİYİNDƏ GÖRÜŞ
Həmin gün İsveç-Azərbaycan Komitəsinin nümayəndə heyəti respublikamızın gənclər, idman və turizm naziri Əbülfəz Qarayevlə görüşmüşdür.
Səmimilik şəraitində keçən görüşdə nazir Azərbaycanda dövlət gənclər siyasətindən, idmanın və turizmin inkişaf etdirilməsi üçün görülən tədbirlərdən danışdı, respublika rəhbərliyinin, xüsusilə Prezident Heydər Əliyevin bu məsələlərə daim böyük diqqət və qayğı göstərdiyini vurğuladı. Son illərdə Azərbaycanın idman sahəsindəki uğurlarından söhbət açan nazir bildirdi ki, indi ölkəmizdə ən yüksək standartlara cavab verən idman qurğuları gənclərin istifadəsinə verilmişdir və bir neçəsi də tikilməkdədir, bu işdə AŞPA sədrinin müavini və Büro üzvü, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xüsusi xidmətləri vardır.
Daha sonra Əbülfəz Qarayev Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verdi, son vaxtlar bu sahəyə diqqətin daha da artırıldığını, xeyli özəl turizm təşkilatlarının yarandığını söylədi.
Görüşün sonunda qonaqlara Azərbaycanda turizmə dair buraxılmış kitab və bukletlər təqdim edildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]