Gənclər və idman naziri Fərid Qayıbov ağırlıqqaldırma üzrə Azərbaycan çempionatını izləyib




Bakı, 10 aprel, AZƏRTAC
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı davam edir. Gənclər və idman naziri Fərid Qayıbov yarışı izləyib.
AZƏRTAC xəbər verir ki, nazir əvvəlcə “#özgücünlətəkanver” stendi ilə tanış olub, simvolik ştanqı qaldırıb.
Çempionatda 73 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırma mərasimində çıxış edən nazir F.Qayıbov yarış iştirakçılarına uğurlar arzulayıb, ikiillik fasilədən sonra təşkil olunan yarışda yüksək təşkilatçılıq, mübarizə əzmi və idman ab-havasının hökm sürdüyünü qeyd edib.
Daha sonra qaliblərin təltifetmə mərasimi keçirilib. Qaliblərə mükafatı nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təqdim ediblər.
Yarışa bu gün yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2025 [17:34]
Azərbaycanın aerobika gimnastları Fransada 4 medal qazanıblar
- 19.05.2025 [16:26]
Azərbaycan – Macarıstan oyununun biletləri satışa çıxarılıb
- 19.05.2025 [16:20]
Azərbaycanın daha bir velosipedçisi Qazaxıstanda bürünc medal qazanıb
- 19.05.2025 [15:12]
“Qarabağ”ın xorvatiyalı qapıçısı: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
- 19.05.2025 [15:02]
Azərbaycanın daha bir güləşçisi Rusiyadakı turnirdə fəxri kürsüyə qalxıb
- 19.05.2025 [14:21]
Azərbaycan klubu italiyalı voleybolçunu transfer edib
- 19.05.2025 [14:20]