Gənclər və idman naziri Naftalanda vətəndaşları qəbul edib
Bakı, 8 aprel, AZƏRTAC
Qəbul cədvəlinə müvafiq olaraq, gənclər və idman naziri Fərid Qayıbov aprelin 8-də Naftalanda şəhərin sakinlərini, Xocalı və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl Naftalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov hər bir vətəndaşı diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qəbulda nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.