Gömrük Komitəsinin “Telegram” kanalı fəaliyyətə başlayıb
Bakı, 12 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin rəsmi "Telegram" “kanalı t.me/gomrukaz” istifadəyə verilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, kanalda gömrük orqanlarının fəaliyyəti ilə bağlı vacib xəbərlər, həyata keçirilən yeniliklər, tədbirlər, gömrük qanunvericiliyi və sair məlumatlar paylaşılacaq.
"Telegram" tətbiqini smart cihazlara yükləməklə “@gomrukaz” kanalına abunə olmaq mümkündür.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin "Facebook", "Twitter", "Instagram", "YouTube" və "LinkedIn" sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]