Gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində pul alan şəxs ifşa olunub
Bakı, 15 noyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində İran vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, İran vətəndaşı Camal Farjam Özbəkistandan üçüncü ölkəyə daşınması məqsədilə Azərbaycana idxal etdiyi malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində Azərbaycan vətəndaşı F. Niyazovun ondan 9.100 dollar məbləğində pul vəsaiti aldığını bildirib.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.
Dövlət Gömrük Komitəsi vətəndaşlara gömrük orqanlarının işgüzar nüfuzuna xələl gətirən bu kimi qanunsuz əməllərlə məşğul olan şəxslər barədə faktlarla rastlaşdıqda dərhal Dövlət Gömrük Komitəsinə və ya digər hüquq-mühafizə orqanlarına məlumat vermələrini tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:40]
AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək
- 05.10.2026 [11:33]
“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir
- 05.10.2026 [11:25]
Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər
- 05.10.2026 [10:54]
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb
- 05.10.2026 [10:47]
Son iki gündə 60 cinayətin açılması təmin olunub
- 05.10.2026 [09:56]
“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]