Goranboy rayon sakininin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Goranboy sakininin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilib.
Qeyd olunub ki, oktyabrın 30-da Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə sakini Səməndər Həsənovun yaşadığı evdə ölməsi faktı üzrə Xocalı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [11:57]
Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar
- 16.06.2026 [11:22]