Goranboyda sel suları bir sıra fəsadlar törədib
Goranboy, 18 iyun, E. Məmmədov, AZƏRTAC
Goranboy rayonu ərazisində güclü leysan yağışları nəticəsində yaranan sel suları bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yağış suları rayonun Börü və Qarqucaq kəndlərində həyətyanı və əkin sahələrinə, yollara dolub, Qarqucaq kəndində körpünü qəzalı vəziyyətə salıb.
Rayon Fövqəladə Hallar Komissiyası operativ şəkildə ərazidə olub, selin fəsadları ilə bağlı monitorinqlər aparıb.