GORANBOYUN MƏRKƏZİNDƏ ŞƏHİDLƏRİN XATİRƏ KOMPLEKSİ TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Goranboy rayonunun mərkəzində, Heydər Əliyev küçəsində şəhidlərin xatirə kompleksinin tikintisinə başlanmışdır. Layihəyə əsasən, kompleksdə həm İkinci Dünya müharibəsində, həm də Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş goranboylular haqqında məlumat almaq mümkün olacaqdır. Belə ki, burada şəhid oğulların şəkilləri və adları qara mərmər üzərində həkk olunacaq, həmçinin onların barəsində əlavə məlumatlar yazılacaqdır. Daxili imkanlar hesabına aparılan tikinti sentyabr ayınadək başa çatdırılacaqdır.