Görkəmli alim Şirməmməd Hüseynovun 100 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb
Bakı, 17 dekabr, AZƏRTAC
Bu gün Azərbaycanın görkəmli alimi, professor Şirməmməd Hüseynovun anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun həyat və fəaliyyətinə həsr edilmiş elektron məlumat bazası hazırlanıb.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən elektron bazada alimin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, layiq görüldüyü orden və mükafatlar, Şirməmməd Hüseynov haqqında akademik Rəfael Hüseynovun “Millət yaddaşının keşikçisi”və professor Asif Rüstəmlinin “Cümhuriyyət adamı” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Elektron məlumat bazasında alimin müəllifi və redaktoru olduğu, ön söz yazdığı kitabların, məqalələrin siyahısı təqdim edilir.
Müəllif haqqında qələmə alınan kitab və məqalələrin yer aldığı elektron bazada alimin xatirəsinin əbədiləşdirilməsinə dair məlumatlar, virtual kitab sərgisi, video və foto qalereyası da sərgilənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [12:21]
Əsrləri adlayan zəriflik: Xurşidbanu Natəvanın "Gül dəftəri" və əl işləri
- 03.07.2026 [11:42]
Altay Hacıyevin yaradıcılığında Natəvan mövzusu sənətşünas baxışında
- 02.07.2026 [20:39]
Cəmilə Əsgərova: Konsert çıxışları uşaqlara yaxşı təsir göstərir
- 02.07.2026 [18:58]
Bakıda keçiriləcək beynəlxalq musiqi festivalının proqramı açıqlanıb
- 02.07.2026 [18:57]