Azərbaycan Dövlət İnformasiya Agentliyi

GÖYÇAYDA NAR BAYRAMI

AZƏRTAC xəbər verir ki, noyabrın 3-də Göyçayda Mədəniyyət və Turizm Nazirliyi ilə rayon icra hakimiyyətinin birgə təşkil etdikləri “Nar bayramı” keçirilmişdir.

Şəhərin bayramsayağı bəzədilmiş girişində minlərlə göyçaylı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi, kənd təsərrüfatı naziri İsmət Abasovu, gənclər və idman naziri Azad Rəhimovu, eləcə də Milli Məclisin deputatlarını, Çinin və Misirin ölkəmizdəki səfirlərini, habelə Ağdaş, Ucar, Zərdab və Ağsu rayonlarından dəvət edilmiş qonaqları musiqi sədaları altında qarşılamış, onlara yerli istehsaldan olan nar məhsulları təklif etmişlər. Burada rayonun 30-a yaxın kəndindən gətirilmiş müxtəlif çeşidli nar və nar məhsulları barədə qonaqlara geniş məlumat verilmişdir.

Sonra nümayəndələr şəhərin Heydər Əliyev seyrəngahına gəlmişlər. Burada onları idmançılar, kəndirbazlar, rəqs qrupları qarşılamışlar. Nümayəndə heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşdur.

Nar bayramının açılış mərasimində Göyçay rayonu İcra hakimiyyətinin başçısı Mübariz Ağayev qədim Şirvan torpağında qonaqları salamlamışdır. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən, qazanılmış uğurlardan söz açan M.Ağayev, avqustda Şəkidə keçirilən “İpək bayramı”ndan sonra belə bir tədbirin məhz Göyçayda keçirilməsinin region üçün böyük əhəmiyyət daşıdığını vurğulamış, dünyanın doqquzuncu möcüzəsi adlandırılan narın əvəzsiz nemət olduğunu, hazırda Göyçay əhalisinin gəlirlərinin təxminən 40 faizinin bu sərvətdən qazanıldığını bildirmişdir. Qeyd edilmişdir ki, hazırda rayonda 3 min hektar nar bağları mövcuddur və hər il buradan 10 minlərlə ton məhsul yığılır. Göyçayda bir neçə məşhur nar sortları yetişdirilir.

Nazir Əbülfəs Qarayev müstəqil Azərbaycanın son illər əldə etdiyi uğurlardan, Azərbaycanda həyata keçirilən islahatlardan, bu cür bayramların insanların əhval-ruhiyyəsində yaratdığı xoş təsirdən, yerli məhsulların təbliği ilə iqtisadiyyatın inkişafına müsbət təsirindən danışmışdır. Nazir Göyçayda hər il bu bayramın keçirilməsinin ənənəyə çevrilməsinin vacibliyini qeyd edərək rayonda nar muzeyinin yaradılması təklifini də yüksək qiymətləndirmişdir.

Rəsmi açılışdan sonra Bakı şəhər sakini Azər Əhmədovla Göyçayın Potu kənd sakini Gülər Məmmədova yeni ailə qurmaları münasibətilə təbrik edilmiş, onlara qiymətli hədiyyə verilmişdir.

Heydər Əliyev seyrəngahında rəmzi olaraq nar ağacı əkilmişdir. Sonra tədbir Göyçay rayon uşaq-əyləncə mərkəzində davam etdirilmişdir. Burada qonaqlar çörək kəsmiş, milli geyimdə oğlan və qızların, folklor qrupunun çıxışlarını izləmişlər. Burada ən böyük nar sahibinə, giləsini yerə salmadan ən tez nar yeyənə, habelə ən sürətli nar şirəsi hazırlayana pul mükafatları verilmişdir. Qonaqlara müxtəlif xəstəliklərin müalicəsində nar və nar məhsullarının xeyri, insan orqanizminə müstəsna faydası barədə məlumat verilmişdir. Bayram iştirakçıları Göyçayın tarixini əks etdirən nadir eksponatlarla tanış olmuşlar.

Sonra Heydər Əliyev prospekti boyunca Göyçayın iri istehsal müəssisələrinin – “Göyçay konyak zavodu”, “Göyçay-Konserv”, “Göyçay-Süd” ASC-lərin və Göyçay qida məhsulları kombinatının istehsal etdiyi müxtəlif çeşidli nar məhsullarına baxış keçirilmişdir.

Mərasim iştirakçıları “Göyçay-Süd” ASC-nin nəzdində yaradılmış “Garnet” meyvə qarışığı müəssisəsinin açılışında iştirak etmişlər. Rayon İcra hakimiyyətinin başçısı Mübariz Ağayev, kənd təsərrüfatı naziri İsmət Abasov çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin aqrar sahənin inkişafı istiqamətində gördüyü işlərdən danışmışlar. Qeyd edilmişdir ki, cəmi 5 aya tikilən və bu gün istifadəyə verilən müəssisədə 150 nəfər üçün yeni iş yeri açılmışdır, burada gündə 500 ton məhsul hazırlanacaqdır. Bütün avadanlıq İtaliyadan gətirilmişdir. İstehsal olunan nar şirəsi xüsusi təmizləyici qurğularda ən yüksək keyfiyyətlə hazırlanır. MDB ölklərində oxşarı olmayan bu müəssisənin istehsal etdiyi yüksək keyfiyyətli məhsul Avropa bazarlarında böyük alıcılıq qabiliyyətinə malik olacaqdır.

Sonra rəmzi qırmızı lent kəsilmiş və qonaqlar müəssisənin istehsal prosesi ilə tanış olmuş, məhsulların keyfiyyətinə baxmışlar.

Heydər Əliyev seyrəngahında tanınmış incəsənət ustaları öz gözəl mahnıları ilə göyçaylılara və qonaqlara xoş bayram ovqatı bəxş etmişlər.

Nar bayramı atəşfəşanlıqla sona çatmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur