Göygöldə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Göygöl, 30 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Göygöl şəhəri ərazisində qeydə alınan yol qəzasında 5 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəzada 1990-cı il təvəllüdlü S.Zeynalov, 2003-cü il təvəllüdlü B.Abdullayev, 2014-cü il təvəllüdlü H.Nəcəfov, 2003-cü il təvəllüdlü A.Bağırov və 1971-ci il təvəllüdlü S.Soltanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
18:07
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göygöl şəhəri ərazisində qeydə alınan qəzada “Mercedes” və “Jiquli” markalı avtomobillər toqquşub. Qəza zamanı azı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.