GÖZDƏN ƏLİLLƏR ÜÇÜN MƏNZİL TİKİLİR
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvləri ücün yaşayış binasının tikintisinə Nazirlər Kabineti 500 milyon manat vəsait ayırmışdır.Bakının Faiq Yusifov küçəsindəki 1987-ci məhəllədə yerləşən 9 mərtəbəli, 81 mənzilli bu binanı Nərimanov Rayon İcra Hakimiyyətinin sifarişi ilə “Azərenerjitikinti” Səhmdar Cəmiyyətinin inşaatçıları tikirlər. Binanın tikintisini 2005-ci ilədək başa catdırmaq nəzərdə tutulmuşdur.