Güclü külək təbii qaz təsərrüfatına ziyan vurub
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də gecə saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsində güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb. Hasar aşarkən ərazidən keçən 57 millimetr diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.
Qeyd edək ki, hasarı aşan evdə hazırda yaşayış yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]