Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclü və modern Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsidir

Güclü və modern Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsidir

Polkovnik Elşad Əbilov: Fəxr edirik ki, Ümummilli Liderin əsasını qoyduğu Hərbi Liseyin məzunlarıyıq

Bakı, 29 aprel, AZƏRTAC

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir. Ümummilli Liderin həyat və fəaliyyəti, Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri daim hörmətlə xatırlanır, zəngin irsinin gələcək nəsillərə çatdırılması üçün mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi bu istiqamətdə görülən işlərdəndir.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin vəzifəsini icra edən Vətən müharibəsi iştirakçısı polkovnik Elşad Əbilov AZƏRTAC-a müsahibəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ordusunun yaradılması və inkişafı istiqamətində atdığı addımlardan danışıb.

- Cənab polkovnik, bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd edilir. Ulu Öndərin Azərbaycan tarixində rolu, ölkəmizin və ordumuzun inkişafı istiqamətindəki xidmətləri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.

- Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu daim xatırlanacaq. Çünki Ümummilli Liderin Azərbaycan xalqı qarşısında xidmətləri danışdıqca bitməyəcək ümmandır. Ulu Öndərin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Bütün sahələrdə olduğu kimi, Azərbaycan Ordusunun yaradılması və inkişafı istiqamətində də mühüm işlər görüb. Belə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətimizin əsaslarını yaratmaq konsepsiyasının tərkib hissələrindən biri də məhz milli hərbi kadrların yetişdirilməsi üçün hərbi təhsilin yüksək səviyyədə qurulmasından ibarət idi. O, bu konsepsiyanın həyata keçirilməsinə hələ XX əsrin 70-ci illərindən başlamışdı. 1971-ci ildə Azərbaycan KP MK hərbi təmayüllü internat məktəbinin yaradılması haqqında qərar qəbul edəndə bu, rəsmi Moskvanın ciddi narazılığına səbəb oldu. Dəfələrlə Azərbaycana komissiyalar göndərildi. Onların tələbi bu idi ki, əgər siz gəncləri hərbi təhsilə cəlb etmək istəyirsinizsə, onları Suvorov adına, Naximov adına məktəblərə göndərin. Lakin Heydər Əliyev öz qərarından dönmür və Moskvanı inandırmağa çalışırdı ki, bu məktəb nə Naximov, nə də Suvorov məktəbi deyil. Orta ümumtəhsil məktəbi olmaqla yanaşı, gəncləri ali hərbi məktəblərə hazırlayan təhsil ocağıdır.

1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbin təsis edilməsi bu problemin həlli yolunda ciddi addım oldu. 1973-cü ildə ona ümumrespublika məktəbi statusu verildi. Beləliklə, sovet inzibati-amirlik sisteminin hökm sürdüyü bir vaxtda bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev keçmiş sovet respublikalarında analoqu olmayan hərbi təmayüllü məktəbin əsasını qoydu.

Sərəncama gəldikdə isə düşünürəm ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərin şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Dövlətimizin başçısının Sərəncamında qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində olduğu kimi, Azərbaycan Ordusunda da sevinclə qarşılanır, dünya miqyaslı siyasi və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir.

- Siz də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunusunuz. Kursant olduğunuz illərdə Ulu Öndər Heydər Əliyev hərbi təhsil ocağına gələrək sizlərlə görüşüb. Şübhəsiz ki, sizin də Ümummilli Liderlə bağlı xatirələriniz var. Həmin günü necə xatırlayırsınız?

- Bəli, 1983-1986-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışam. Həmin illərdə Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmasına, işinin çoxluğuna baxmayaraq, Azərbaycana gələn kimi ilk növbədə liseyə gəlir, bizimlə görüşlər keçirirdi. Təbii ki, Heydər Əliyevin bizimlə səmimi söhbəti hər birimizin yaddaşına əbədi həkk olunub. Bu görüşlərin zabit kimi formalaşmağımızda böyük əhəmiyyəti var. Çünki həmin illərdə Ulu Öndəri general kimi, hərbçi kimi tanıyırdıq. Hər birimiz ona oxşamağa çalışırdıq. Həmçinin görüşlərə Sovet İttifaqının ən görkəmli generallarını, marşallarını, admirallarını dəvət edirdi. Arzulayırdı ki, biz də gələcəkdə general, marşal, admiral olaq və Azərbaycanın müdafiəsini təmin edənlərdən olaq. Düşünürəm ki, Ulu Öndərin arzuları gerçəkləşib. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində böyük şücaətlər göstəriblər. Liseyin məzunlarından onlarla general, admiral, Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanı var. Bir sözlə, biz hamımız fəxr edirik ki, Ümummilli Liderin əsasını qoyduğu məktəbin məzunlarıyıq.

- Qeyd etdiniz ki, Ulu Öndər Heydər Əliyevin sizlərlə səmimi söhbət etməsi zabit kimi formalaşmağınıza təsir edib. Bəs Ümummilli Liderin sizlərlə söhbəti mənəvi-psixoloji vəziyyətinizə hansı səviyyədə təsir göstərirdi?

- Biz, birinci növbədə Əbədiyaşar Komandandan vətənpərvərliyi öyrəndik. Onun Vətənə, torpağa bağlılığı, xalqını sevməyi, və həyata keçirdiyi fəaliyyət hər birimizə nümunə idi. Heydər Əliyev dühasını örnək almağımız, onun Vətən sevgisindən ilhamlanmağımız zabit, komandir, döyüşçü kimi formalaşmağımızda çox böyük rol oynadı. O vaxt yeniyetmə idik və hamımız çalışırdıq ki, Heydər Əliyevin hər bir sözünü, hər kəlməsini yadımızda saxlayaq və onu gələcək fəaliyyətimizdə tətbiq edək. Hərbi Liseydə də, Ali Hərbi Məktəbdə də təhsil alarkən Heydər Əliyevin tövsiyələrinə əməl etməyi özümüzə borc bilirdik. Çünki Ümummilli Liderin bütün fəaliyyəti Azərbaycan xalqına xidmətdən ibarət idi.

Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, gələcək nəsillərə və Azərbaycan Ordusunun şəxsi heyətinə ötürülməsi bilavasitə dövlətimizin gələcəyi üçün önəmlidir. Heydər Əliyevin xalqa xidmət anlayışı kifayət qədər tutumlu olduğundan onun dərindən tədqiqinə ehtiyac var. Həyatımızın elə bir sahəsi yoxdur ki, Ulu Öndərin rəhbərliyi illərində inkişafa nail olunmasın. Həm də bu inkişaf sadəcə olaraq prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq, əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət edilən sıçrayış xarakterli yeniləşmə formasında özünü büruzə verir. Bu baxımdan hər birimizin bu zəngin irsi öyrənmək vəzifə borcumuz olmaqla yanaşı, onu gənc nəsillərə aşılamaq da vacib şərtlərdəndir. Hesab edirəm ki, bu istiqamətdə sistemli iş aparılır.

- “Heydər Əliyev İli” ərəfəsində bu irsin çatdırılması istiqamətində orduda hansı işlər görülür?

- “Heydər Əliyev İli” ərzində görüləcək tədbirlər planı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təsdiq olunub. Plana əsasən, mütəmadi olaraq kütləvi, bədii və hərbi vətənpərvərlik tədbirləri keçiririk. Demək olar ki, ötən 4 ay ərzində baş tutan tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi illərin tarixin ən intensiv mərhələsi kimi yadda qalması, azərbaycançılıq ideologiyasının banisi olması şəxsi heyətə çatdırılıb. Təbii ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan bütün xidmətlərinin hamısını çatdırmaq mümkün deyil. Çünki Ümummilli Liderin həyatı, irsi böyük bir məktəbdir və bunu tam şəkildə çatdırmaq üçün uzun illər lazımdır. Onu da qeyd edim ki, keçirilən tədbirlərlə kifayətlənmirik. Bildiyiniz kimi, Azərbaycan Ordusunun zabit heyəti ilə “Heydər Əliyev irsini öyrənirik” məşğələləri keçirilir. Bu məşğələlərdə zabitlərə Azərbaycanın inkişaf konsepsiyasının Heydər Əliyev irsi ilə bağlılığını əhatəli şəkildə qavramağın ən etibarlı üsulunun onun xalq qarşısındakı xidmətlərinə nəzər salmaq olduğu vurğulanır. Zabitlər də öz növbəsində öyrəndiklərini, ictimai-siyasi hazırlıq dərslərində əsgərlərə çatdırırlar.

- Azərbaycan iki ildən artıqdır zəfər tarixini yaşayır. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa azad olunduqdan sonra demişdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu, Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla yerinə yetirilən vəsiyyəti idi. Əsası Ümummilli Lider tərəfindən qoyulan Azərbaycan Ordusunun inkişafını və tərəqqisi ilə bağlı Vətən müharibəsinin iştirakçısı kimi nə deyə bilərsiniz?

- Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyev bütün hakimiyyəti dövründə Azərbaycan ərazilərinin işğaldan azad olunması istiqamətində dinamik fəaliyyət göstərirdi. Keçirdiyi görüşlərdə, etdiyi səfərlərdə daim Azərbaycanın haqlı mövqeyini ortaya qoyurdu. Bir çox təzyiqlərə baxmayaraq, bir addım da geri çəkilmir, Qarabağın işğaldan azad edilməsinə, Azərbaycanın suveren hüququnun təmin olunmasına çalışırdı. Ulu Öndərin siyasətinin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun güclənməsi və qarşıda duran tapşırıqları yerinə yetirməsi görülən planlı işin nəticəsi oldu. Belə ki, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnüt əməliyyatında və İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları qısa müddət ərzində yerinə yetirərək düşməni məğlubiyyətə uğratdı.

Qırx dörd günlük Vətən müharibəsinin iştirakçısı kimi onu da deyə bilərəm ki, şəxsi heyət yüksək mənəvi-psixoloji vəziyyətdə döyüşlərə atıldı, 30 illik həsrətə son qoymaq üçün şücaət göstərdi. Xüsusi olaraq qeyd edim ki, hər bir zabit və əsgər müharibəyə böyük ruh yüksəkliyi ilə gedirdi. Bilirdi ki, savaşımız haqq savaşıdır. Nəticədə bütün qoşun növləri və birləşmələri müqəddəs tapşırığın öhdəsindən layiqincə gəldi. Azərbaycan Ordusu Böyük Qələbəyə imza atdı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi.

- Qeyd etdiniz ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İstər döyüş meydanında, istərsə də siyasi arenada ölkəmiz yeni nailiyyətlərə imza atır. Azərbaycanın yaratdığı reallıqlar və perspektivlər barədə fikirlərinizi bilmək maraqlı olardı?

- Perspektivə gəldikdə, hazırda mürəkkəb dövrün yaşandığını qeyd etmək istəyirəm. Bu günlər dünyada müxtəlif proseslər baş verir. Toqquşmalar, müharibələr, terror hadisələri günümüzün reallığıdır. Müzəffər Ali Baş Komandanın siyasi fəaliyyəti isə göz qabağındadır. Keçirilən görüşlər, xarici səfərlər, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsi göstərir ki, ölkəmiz siyasi arenada xüsusi nüfuza malikdir. Həmçinin arsenalımıza daxil edilən yeni silahlar, keçirilən müxtəlif miqyaslı təlimlər ordumuzun gücləndirilməsinə yönələn əsaslı fəaliyyət planıdır. Bu planın əsası isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömrü boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü - 15 iyun tarixini Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir. Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycan Respublikasının xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb