Güləşçimiz fərdi dünya kuboku yarışlarında bürünc medal uğrunda mübarizə aparacaq
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan güləşçisi Beka Kandelaki Serbiyada təşkil olunan güləş üzrə fərdi dünya kuboku yarışlarında bürünc medal uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz debütdə son Avropa çempionu olan Rumıniya idmançısı üzərində əzmkar qələbə qazanıb. Dörddəbir finalda Almaniya təmsilçisinə cəmi 1 dəqiqə 14 saniyə ərzində "tuşe" ilə qalib gələn millimizin üzvü yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Türkiyə idmançısı ilə bacarmayan B.Kandelaki dekabrın 14-də bürünc medal üçün xalça üzərinə çıxacaq.
Digər güləşçimiz Taleh Məmmədov (63 kq) ilk görüşdə Ukrayna güləşçisinə rahat qalib gəlib. Ancaq növbəti mərhələdə rusiyalı idmançı keçilməz olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz dekabrın 14-də təsəlliverici görüşə çıxacaq.
Bu çəki dərəcələrində medal qarşılaşmaları dekabrın 14-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarında 1 gümüş və 1 bürünc medal qazanıb
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]