Gündüz İsmayılov: Azərbaycanda din xadimlərinin attestasiyası martda həyata keçiriləcək
Bakı, 31 yanvar, AZƏRTAC
2024-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilk dəfə olaraq din xadimlərinin attestasiyasını həyata keçirəcək. Din xadimlərinin attestasiyasını Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə təşkil edəcəyik. Attestasiyanı mart ayının 4-6-da keçirməyi planlaşdırırıq. Ümumilikdə 64 din xadiminin attestasiyadan keçirilməsi nəzərdə tutulur.
Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
G. İsmayılov attestasiya prosesində Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə yanaşı, din sahəsi üzrə mütəxəssislərin də iştirak edəcəyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]