GÜRCÜSTAN AZƏRBAYCANLILARININ NÜMAYƏNDƏLƏRİ II İLİYAYA BAŞSAĞLIĞI VERMİŞLƏR
Avqustun 16-da Gürcüstan azərbaycanlılarının nümayəndələri Ümumgürcüstan Katolikos-patriarxı II İliya ilə görüşmüş, gürcü-osetin münaqişəsi zonasında silahlı qarşıdurmanın insan tələfatına, çoxlu dağıntılara səbəb olmasından təəssüfləndiklərini, gürcülərin kədərinə şərik olduqlarını bildirmişlər.
Gürcüstan Neft-Qaz Korporasiyasının perspektiv layihələr üzrə əlaqələndiricisi İsaq Novruzov Gürcüstan azərbaycanlılarının həmişə gürcü xalqı ilə həmrəy olduğunu, müharibə başlanandan azərbaycanlıların əlində silah könüllü surətdə cəbhə bölgəsinə yollandığını vurğulamışdır.
II İliya həmrəyliyə görə onlara təşəkkür etmiş, avqustun 15-də Qoridə və ətraf kəndlərdə dəhşətli faktlar gördüyünü demişdir.
Həmin gün Tbilisi Cümə məscidi paytaxtda müvəqqəti məskunlaşmış köçkünlərə yardım etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]