GÜRCÜSTAN ƏRAZİSİ İLƏ YÜK DAŞIMALARINDA İSTİFADƏ EDİLƏCƏK ALTERNATİV KÖRPÜ İSTİSMARA HAZIRDIR
Azərbaycan Dövlət Dəmir Yolundan AZƏRTAC-a bildirmişlər ki, Gürcüstan ərazisi ilə Batumi və Poti limanlarına yük daşımalarında istifadə ediləcək alternativ təkxətli körpü istismara hazırdır.
Qrakali stansiyası yaxınlığındakı körpüyə avqustun 19-da Bakı vaxtı ilə saat 10.00-da sınaq teplovozu buraxılmışdır. Azərbaycandan Gürcüstanın Qara dəniz limanlarına yük, o cümlədən neft və neft məhsullarının göndərilməsi isə gün ərzində bərpa olunacaqdır.
Xatırladaq ki, avqustun 16-da Gürcüstanın Kaspi rayonu yaxınlığında dəmir yolu körpüsünün partladılmasından sonra Azərbaycandan dəmir yolu vasitəsilə Batumi və Poti limanlarına, həmçinin əks tərəfə yük, o cümlədən neft və neft məhsullarının daşınması dayandırılmışdı. Problemin aradan qaldırılması üçün Azərbaycan dəmir yolu körpüsünün bərpasına və eləcə də təmir işləri tamamlanana qədər müvəqqəti olaraq alternativ yol kimi istifadə ediləcək Qrakali stansiyası yaxınlığındakı köhnə körpünün yenidənqurulmasına hərtərəfli kömək etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]