Gürcüstan KİV-i Prezident İlham Əliyevin Gənclər Forumundakı çıxışı barədə materiallar yayıb
Tbilisi, 3 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışı Gürcüstan KİV-in diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, 24news.ge, interpress.ge və aktual.ge portalları Azərbaycan Prezidentinin çıxışından materiallar dərc ediblər.
Materiallarda ermənilərin şüurlu şəkildə Azərbaycan təbiətinə, flora və faunasına qəsd etdikləri, Şuşanın Azərbaycan şəhəri olduğunu sübut edən dəlillərlə bağlı, eləcə də xaricdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı söylədiyi fikirlər əksini tapıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi