GÜRCÜSTAN VƏ AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRİRLƏR
Tbilisidə müstəqil Gürcüstan dövləti Gömrük Departamentinin 10 illiyi təntənə ilə qeyd olunmuşdur. Tədbirdə qonşu ölkələrin, o cümlədən Azərbaycanın gömrük idarələrinin nümayəndələri də iştirak etmişlər.
Tədbirdən əvvəl Gürcüstan Dövlət Gömrük Departamentinin sədri Aleksandr Aslanikaşvili Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Rəfael Mirzəyev başda olmaqla ölkəmizin nümayəndə heyətini qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında iqtisadi-siyasi əlaqələrdən, gömrük idarələrinin qarşılıqlı surətdə faydalı əməkdaşlığından, sərhədlərimizdən qanunsuz silah və narkotik maddələr keçirilməsinin qarşını almaq üçün birgə görülən tədbirlərdən danışıldı. Qeyd olundu ki, üç dost dövlətin - Gürcüstan, Azərbaycan və Türkiyənin gömrük idarələri arasında əməkdaşlıq hər üç tərəf üçün öz bəhrəsini verir, onlar əməkdaşlığı daha da genişləndirmək üçün həmişə sıx əlaqə saxlayırlar.
Azərbaycan nümayəndə heyətinin başçısı Rəfael Mirzəyev gürcü həmkarlarını yubiley münasibətilə təbrik etdi, nəzərə çarpdırdı ki, prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin şəxsi dostluğu ölkələrimizin gömrük idarələri arasında səmimi və işgüzar münasibətlər yaranmasına da öz müsbət təsirini göstərmişdir.
Tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hacan Hacıyev iştirak edirdi.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [13:32]
XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 15.06.2026 [11:24]
Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]