Gürcüstanda beynəlxalq aviareyslərə tətbiq olunan qadağalar iyunun 30-dək uzadılıb
Tbilisi, 16 may, AZƏRTAC
Gürcüstanda beynəlxalq aviareyslərə tətbiq edilən məhdudiyyətlərin müddəti daha bir ay uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Bildirilir ki, COVID-19 pandemiyası ilə əlaqədar beynəlxalq müntəzəm uçuşlara mayın 22-dək məhdudiyyət qoyulmuşdu. Lakin təhlükənin dünyada hələ də davam etməsi səbəbindən tətbiq olunan qadağaların müddəti iyunun 30-dək uzadılıb.
Gürcüstana müntəzəm uçuşlar həyata keçirən bütün aviaşirkətlərə bu barədə məlumat verilib. Bildirilir ki, məhdudiyyətlər yükdaşımalara şamil olunmur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]