GÜRCÜSTANDA MİLLİ AZLIQLARIN DEMOKRATİK SİYASİ HƏYATDA İŞTİRAKINI DƏSTƏKLƏYƏN LAYİHƏ HƏYATA KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində “Milli azlıqların demokratik siyasi həyatda iştirakının dəstəklənməsi” layihəsi həyata keçirilir.
Layihənin məqsədi gürcü dilinin öyrədilməsinin yeni metodologiyalarını tətbiq etmək, milli azlıqların öz mülki, siyasi və sosial hüquqlarını dərk etməsi üçün təhsil proqramını həyata keçirmək, yerli medianın nüfuzunu və təsirini gücləndirməkdir. Layihə Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondu və Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutunun dəstəyi ilə həyata keçirilir.
Layihənin Gürcüstandan tərəfdaşı Məktəb, Ailə, İctimaiyyət Assosiasiyasıdır. Layihə çərçivəsində gürcü dilinin öyrənilməsi kursları, seminarlar, diskussiyalar, treninqlər, görüşlər təşkil edilməsi, broşürlər və s. buraxılması planlaşdırılmışdır. Layihənin əlaqələndiricilərindən biri - Gürcüstan Mülki İnteqrasiya Fondunun rəhbəri Zaur Xəlilov demişdir ki, vətəndaş cəmiyyəti təşkilatlarının, medianın, siyasi tərəfdaşların, özünüidarəetmə orqanlarının, dövlət strukturlarının nümayəndələri, müəllimlər və icmaların liderləri layihənin həyata keçirilməsinə fəal qoşulmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]