Gürcüstanda sərnişin qatarları bu gündən fəaliyyətini bərpa edib
Tbilisi, 15 iyun, AZƏRTAC
Gürcüstanda sərnişin qatarlarının hərəkəti iyunun 15-dən bərpa olunub.
AZƏRTAC xəbər verir ki, "Gürcüstan Dəmir Yolları" Səhmdar Cəmiyyəti iyunun 10-dan bilet satışına başlayıb.
Sərnişin qatarları Tbilisi-Batumi, Tbilisi-Ozurqeti, Tbilisi-Poti, Tbilisi-Zuqdidi və Tbilisi-Kutaisi marşrutlarında günorta saatlarında hərəkət edəcək. Biletlərin qiyməti dəyişməyib.
Sərnişinlər qatara daxil olmazdan əvvəl termovizordan keçəcək və əllərini dezinfeksiya edəcəklər. Bütün vaqonlarda dezinfeksiya maddələri olacaq. Sərnişinlər vaqonlarda yenə yanaşı oturacaqlar. Ancaq artıq sərnişinlərin vaqonlarda maskasız olmasına icazə verilməyəcək. Səfər ərzində maska çıxarılmamalıdır. Sərnişinlərə qatarda qəzet, kitab və jurnal paylanması, qulaqcıq verilməsi qadağan edilib.
Biletləri ancaq mobil tətbiqlər vasitəsilə əldə etmək mümkündür.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda qatarla sərnişin daşınması martın 31-dən qadağan edilib.
Gürcüstanda şəhərlərarası avtobus səfərlərinə iyunun 8-dən icazə verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]